Xəbər lenti

Çində
Dünya 14:40 19.08.2024

Çində "casus" meteostansiyalar aşkarlandı

Çin Milli Təhlükəsizlik Nazirliyi ölkədə qanunsuz anemometr qüllələri aşkar edib. Bu cür cihazlar küləyin sürəti və istiqaməti haqqında məlumatları ölçmək üçün nəzərdə tutulub, lakin Çin təhlükəsizlik orqanlarının məlumatına görə, onlar məxfi məlumatları toplamaq və xaricə ötürmək üçün istifadə olunub. Hansı ölkələrin belə məlumat ala biləcəyini dəqiqləşdirilmir. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) nazirliyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sahilyanı şəhərin sakinləri (hansı şəhəri qeyd olunmayıb) bu stansiyalardan birini görüblər. Çin milli təhlükəsizlik rəsmiləri qülləni yoxlayıb və müəyyən ediblər ki, qüllə təkcə hava məlumatlarını toplamaqla bağlı istifadə edilməyə bilər.

Yoxlama zamanı məlum olub ki, stansiya rəsmi qeydiyyata alınmayıb. Bu səbəbdən də o, tez bir zamanda sökülüb. Onun elmi-tədqiqat bazasının yanında yerləşdiyi qeyd edilir.

Qeyd edək ki, iyunun əvvəlində Çin Milli Təhlükəsizliyi Nazirliyi Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin ÇXR-in mərkəzi dövlət qurumlarının iki əməkdaşını casusluğa cəlb etdiyini açıqlayıb. Van soyadlı əməkdaşlardan biri Böyük Britaniyada mübadilə proqramı ilə təhsil alıb və orada MI6 tərəfindən gizli şəkildə təşkil edilən şam yeməyinə və ekskursiyalara dəvət olunub. O, Britaniya hökumətinə işləməyə razılıq verib və məlumat toplamaq üçün Çinə göndərilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->