Xəbər lenti

Çin alimləri Yeri asteroidlərdən qorumaq üçün tez zamanda nüvə silahı yaratmağa çağırdı
Dünya 22:26 29.08.2024

Çin alimləri Yeri asteroidlərdən qorumaq üçün tez zamanda nüvə silahı yaratmağa çağırdı

Çin alimləri Yer kürəsini asteroidlərdən qorumaq üçün mümkün qədər tez nüvə silahı və ağır reaktiv daşıyıcı aparatların yaradılmasına çağırıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Pekin Kosmik Aparat Sistemləri Mühəndisliyi İnstitutundan Çindən olan bir qrup tədqiqatçı bildirib ki, böyük asteroid Yerə yaxınlaşarsa, onun toqquşmasını yalnız nüvə silahı ilə dayandırmaq mümkün olacaq.

Çinin Ay Çanqe-3-ün tədqiqi üzrə avtomatik planetlərarası stansiyanın baş konstruktor müavini Çjan Henin sözlərinə görə, Yerlə böyük asteroidin toqquşması riski əvvəlki göstəricilərlə müqayisədə xeyli artıb. Son məlumatlara görə, astronomlar 30 minə yaxın asteroid müəyyən ediblər, lakin bu, "aysberqin görünən tərəfi"ola bilər.

Çjan He səma cisimlərinin uçuş yolunu dəyişdirmək üçün müxtəlif üsulların effektivliyini təhlil edib. Onların arasında kinetik effektlər, lazerlər, təhlükəli asteroidlərin səthində raket və ya plazma mühərriklərinin nəzəri quraşdırılması var.

Alimlər indiyə qədər belə qənaətə gəliblər ki, diametri 140 metrdən çox olmayan asteroidlərdən danışırıqsa, kinetik effektlər faydalı ola bilər. Amma təhlükəli göy cisminin mövcudluğu planetlə mümkün toqquşmadan yarım əsr əvvəl məlum olsa belə, bu üsul yalnız diametri 350 metrə qədər olan göy cisimləri üçün effektiv olacaq.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, böyük səma cismi ilə toqquşmaya bir həftədən az vaxt qalıbsa, o zaman nüvə başlıqlarının buraxılması bəşəriyyəti xilas etməyin yeganə yolu olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->