Xəbər lenti

Cərimələnən türk iş adamı məhkəməyə üz tutdu
Ekonomiks 19:08 12.08.2024

Cərimələnən türk iş adamı məhkəməyə üz tutdu

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) Nəzarət və Təftiş Komissiyasının sədri, iş adamı Tamer Tanrıverdi cərimələnib. 

Qaynarinfo xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Tamer Tanriverdiyə İnizibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 

İş adamı dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->