Xəbər lenti

Bu türk dövləti himnini dəyişir:
Dünya 16:09 25.10.2024

Bu türk dövləti himnini dəyişir: "Bir dəfə eşitdim ki..."

Qırğızıstanın yeni himni yazılacaq.

Qaynarinfo vesti.kz-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev bildirib. O, bu barədə Ticarət və Sənaye Palatasının 65 illiyi şərəfinə keçirilən qala tədbirində məlumat verib.

Spiker bildirib ki, məqsəd yeni himni bütün qırğız xalqının oxuya bilməsinə nail olmaqdır. Şakiyev Qırğızıstanın himni və ölkənin keçmiş prezidenti ilə bağlı qeyri-adi əhvalatı da misal gətirib.

"Hazırkı himn Qırğızıstan müstəqillik əldə etdikdən sonra yazılıb. İndi Qırğızıstan inkişaf etməkdə olan, böyük gələcəyi olan ölkədir. Bir dəfə eşitdim ki, eks-prezidentlərdən biri xaricə gedəndə himnimiz səslənən zaman ağaclarda oturan quşlar uçub gedirmiş. Üstəlik, başqa ölkənin himni səsləndirildikdən sonra quşlar sakitcə geri qayıdıb. Biz himnimizi yenidən yazacağıq ki, 5 yaşından 95 yaşına kimi bütün vətəndaşlar onu rahatlıqla oxuya bilsin", deyə Şakiyev bildirib.


Qeyd edək ki, Qırğızıstan Mərkəzi Asiyada yerləşən türkdilli dövlətdir. Ölkənin dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunub. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini elan edib.

Qırğızıstanın dövlət himni 18 dekabr 1992ci ildə qəbul edilib. Əsərin sözlərinin müəllifləri Cəlil Sadıqov və Eşmambet Quluyev, bəstəkarları Nasir Davlesov və Kalyi Moldobasanovdur.

Qırğızıstanın dövlət himni
(Azərbaycan dilinə tərcümə)

Yüksək dağlar, dərələr, sahələr -
Doğma, sevimli bizim yer.
Bizim atalarımız Ala-Too arasında yaşayırdılar,
Həmişə öz Vətənini qoruyurdular.

Nəqərat:
İrəli, qırğız xalqı,
Azadlıq yoluyla irəli!
Böyü, xalq, çiçək aç,
Öz taleyini yarat!

Həmişə bizim xalq dostluqçün açıqdır,
Birliyi və dostluğu o, ürəyində saxlayır.
Qırğızıstanın yeri, doğma ölkə
Razılaşma tiriylə işıqlandırılıb.

Nəqərat

Ataların arzuları və ümidləri doğrulub.
Və azadlıq bayrağı yuxarı qalxır.
Bizim atalarımızın irsin verərik,
Xeyrinə xalqın sələflərinə bizim.

Nəqərat
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->