Xəbər lenti

Bu ölkənin prezidenti koronavirusa yoluxdu
Dünya 09:38 23.06.2022

Bu ölkənin prezidenti koronavirusa yoluxdu

Ekvador Prezidenti Gilyermo Lasso koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti tviterdə məlumat yayıb.

"Prezident Gilyermo Lassonun COVID-19 üçün testi müsbət çıxıb", - məlumatda deyilir. Qeyd olunur ki, dövlət başçısında xəstəliyin əlamətləri yoxdur, o, peyvənd olunub və "müvafiq tibbi protokollara əməl edəcək”.

Ekvador hökuməti ötən ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd olunma barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyon insan tam peyvənd olunub ki, bu da əhalinin 79,4 %-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan indiyədək 899 mindən çox insan koronavirusa yoluxub, 35,6 min nəfər ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->