Xəbər lenti

Bu instituta yeni direktor təyin edildi
Ölkə 13:38 21.08.2024

Bu instituta yeni direktor təyin edildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib.

Bu vəzifəyə Vüqar Babakişiyev təyinat alıb.

O, uzun illər sığorta sektorunda çalışıb və institutun rəhbərliyində Səbuhi Bəşirovu əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.//oxu.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->