Braziliyalı futbolçular - Neymar, Vinisius və Riçarlison 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Venesuela ilə matçdan əvvəl qızlarla əyləncə məclisi təşkil ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Mateus Baldi sosial şəbəkələrdə məlumat verib.
"WhatsApp"da yayılan səs yazısı Neymarın Rebeka Ribeyro, Vinisius ilə Letikia Soqiro və Riçarlison ilə Rita Lopes ilə birlikdə olduğunu göstərir. Mato Qrosso ştatının paytaxtında da yayılan videoda bəzi insanlar şəkildəki sarışının səhər saatlarında Braziliya millisinin qaldığı oteldən çıxan Soqiro olduğuna diqqət çəkirlər”, deyə jurnalist bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanından "Əl-Hilal" klubuna keçib. Vinisius "Real Madrid"də, Riçarlison isə "Tottenhem”də çıxış edir.
Aydın
Şərhlər