ABŞ və Rusiya arasında gərginlik Ukraynada münaqişənin ikinci ildönümü və Aleksey Navalnı ilə bağlı vəziyyət fonunda kulminasiya nöqtəsinə çatır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qeyd edilir ki, Co Bayden ABŞ müttəfiqləri ilə birlikdə Ukraynaya yardımı Rusiya prezidenti Vladimir Putinin ambisiyalarına qarşı mübarizənin mərkəzi xəttinə çevirib. Bundan əlavə, agentlik Aleksey Navalnı ətrafındakı vəziyyətə istinad edərək yazır ki, digər münaqişə nöqtələri də artır.
"Bununla belə, Ukrayna ABŞ və Rusiya arasındakı qarşıdurmada mərkəzi rol oynayır. Bayden Ukraynanın müdafiəsinə sarsılmaz dəstəyə malikdir, lakin eyni zamanda Konqresdə daha çox yardımla bağlı çıxılmaz vəziyyətdən çıxmaq üçün mübarizə aparır", deyə nəşr yazır.
Müəlliflər qeyd edir ki, Konqres tədbirləri olmadan Baydenin seçim imkanları daralacaq.
Fevralın 23-də ABŞ prezidenti Co Bayden Vaşinqtonun Moskvaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etdiyini açıqlayıb. Dövlət başçısı qeyd edib ki, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə (HİK) və maliyyə sektoruna yönəlib. ABŞ Rusiya Federasiyasının enerji gəlirlərini azaltmaq cəhdlərini də davam etdirir.
Aydın
Şərhlər