Xəbər lenti

Bəxtiyar Hacıyevin ittihamı ağırlaşdırıldi - İki yeni maddə...
Ölkə 16:17 13.01.2023

Bəxtiyar Hacıyevin ittihamı ağırlaşdırıldi - İki yeni maddə...

Bəxtiyar Hacıyevə qarşı yeni ittiham verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->