Almaniya kansler Olaf Şoltsun Kiyevi bu növ silahlarla birbaşa təmin etməkdən ardıcıl imtina etməsinə baxmayaraq, Kiyevi yeni uzaqmənzilli raketlərlə təmin etmək üçün Böyük Britaniya ilə "Taurus" raketlərinin dairəvi mübadiləsinə razılaşa bilər.
Qaynarinfo xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Annalena Berbokun ARD telekanalının efirində verdiyi açıqlamalar sübut edir.
"Dairəvi mübadilə, belə demək mümkünsə, alman ixtirasıdır, Bu, bir seçim olardı. Biz artıq oxşar mübadilə təşkil etmişik, lakin fərqli silahlarla", deyə Berbok bildirib.
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron martın 9-da "Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib ki, onun ölkəsi Kiyevə "Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı məsələlərin həllində Almaniyaya kömək etməyə hazırdır. Londonun "Storm Shadow” raketlərini Kiyevə ötürə biləcəyi və bunun müqabilində Almaniyadan "Taurus”u ala biləcəyi dairəvi mübadilə müzakirə olunub-olunmaması sualına cavab olaraq Kemeron qeyd edib ki, krallıq "Ukrayna üçün maksimum effekt əldə etmək məqsədilə bütün variantları nəzərdən keçirməyə hazırdır ”, lakin detalları açıqlamaqdan imtina edib.
Almaniya kansleri Olaf Şolts dəfələrlə - ən son martın 4-də - Ukraynaya "Taurus” tədarükündən imtina etdiyini təsdiqləyib. Xüsusilə, o izah edib ki, bu cür silahların ötürülməsi istisnadır, çünki bu, Almaniya ordusunun iştirakını tələb edir, bu, ölkəsini münaqişəyə sürükləməyə bərabərdir. Buna baxmayaraq, Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) fraksiyası bu həftə Bundestaqda (Almaniya parlamenti) Kiyevə "Taurus”un tədarükü ilə bağlı qətnaməni yenidən səsverməyə çıxaracaq.
Alpər
Şərhlər