Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema ölkəni tərk edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ər-Riyadiya” məlumat yayıb.
Nəşrin məlumatına görə, 36 yaşlı fransalı forvard cümə axşamı və cümə günü "Əl-İttihad”ın məşqində iştirak etməyib, dekabrın 30-da "Əl-Tay”la keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilmir. Qeyd olunur ki, fransalı hücumçunun Səudiyyə klubunun rəhbərliyi ilə münaqişəsi ola bilər. Həmçinin son vaxtlar komandanın azarkeşləri forvardın oyunundan narazı qalıblar.
Benzema 2023-cü ilin iyununda "Əl-İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Hesabında 28 xal olan komanda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Benzema son 14 ildə "Real Madrid"də çıxış edib. Forvard 4 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 5 dəfə Çempionlar Liqasının qalibi olub.
Aydın
Şərhlər