Xəbər lenti

Baş nazir Gürcüstan prezidentini dövlətə xəyanətdə ittiham etdi
Dünya 12:16 26.05.2024

Baş nazir Gürcüstan prezidentini dövlətə xəyanətdə ittiham etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, o, bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentin  xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verdi", deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər göstərib ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır.

Öz növbəsində, Gürcüstan prezidenti hərbçilər və ölkə rəhbərliyinin nümayəndələri qarşısında çıxış edərək hakimiyyətin hərəkətlərini tənqid edib. O, bir daha təkrar edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək - rusiyapərəst və ya avropalı...

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->