Oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB baş vermiş partlayışda 6 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.
Bildirilir ki, 6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.
Şərhlər