Bakıda vəzifəli şəxsin meyiti tapılıb.
İqtisadiyyat.az-ın məlumatına görə, meyit Nəsimi rayonu ərazisində aşkar olunub.
Meyitin 1979-cu il təvəllüdlü Sədi Zöhrablıya məxsus olduğu məlum olub. Məlumata görə, onun meyiti icarəyə götürdüyü obyektdə aşkar olunub.
Mərhumun "Atasığorta” şirkətində departament direktoru vəzifəsində çalışdığı bildirilib.
S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, mərhum hazırki vəzifəsinə 2021-ci ilin mart ayında təyinat almışdı. O, 1995-1999-cu illərdə Dövlət İqtisad Universitetində İqtisadiyyatın dövlət tənzimlənməsi üzrə təhsil alıb. 2006-cı ildən etibarən "AtaSığorta” ASC-də fəaliyyətə başlamışdır. 15 il ərzində şirkətdə müxtəlif vəzifələrdə işləmişdir.
Şərhlər