Bakıda gənc qız dəm qazından boğulub.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.
Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər