Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda "təmizləmələrə” başlanılıb. Belə ki, ötən həftə ərzində AZƏRTAC-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad ediliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "AzPolitika.info” məlumat verib.
İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.
Bildirilir ki, yaxın zamanda AZƏRTAC-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.
Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Vüqar Əliyev təyin edilib.
Şərhlər