Xəbər lenti

Ekonomiks 17:24 29.09.2023

"Azərpoçt"un rəhbərinə qarşı inzibati iş başlandı

"Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov barəsində inzibati iş başlanıb. 

Qaynarinfo xəbər verir ki, Əfqan Cəlilov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Oktyabrın 11-nə məhkəmə baxış iclası təyin edilib. Proses hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək. Qubatova Nazikə İzzət qızı adlı şəxs iş üzrə zərərçəkən qismində tanınıb. 

528.1-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Məsələ ilə bağlı "Azərpoçt”dan mövqe öyərnmək mümkün olmayıb. 

Əfqan Cəlilov 2021-ci ildən "Azərpoçt” MMC-nin İdarə Heyətinin sədridir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->