Xəbər lenti

Azərbaycanın Xalq artistinin xanımına İsveçrədə çıxış etməyə icazə verilmədi
Sənət 22:10 01.05.2024

Azərbaycanın Xalq artistinin xanımına İsveçrədə çıxış etməyə icazə verilmədi

Azərbaycanın Xalq artisti Yusif Eyvazovun xanımı, rus əsilli Avstriya opera müğənnisi, Rusiyanın xalq artisti Anna Netrebkonun İsveçrədə çıxışı ləğv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Netrebkonun konserti iyunun 1-də Lutserndə baş tutmalı idi. Nəşrin məlumatına görə, çıxış Ukrayna ilə bağlı qarşıdan gələn sülh konfransı ilə əlaqədar hakimiyyətin tələbi ilə ləğv edilib.

Qeyd edək ki, Netrebkonun həyat yoldaşı Yusif Eyvazov 2018-ci ildən Azərbaycanın Xalq artistidir. O, 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->