İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA-ya bildirib.
Mənbənin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.
Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.
Mənbə eyni zamanda, onu da bildirib ki, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.
Şərhlər