Xəbər lenti

Azərbaycanda seçicilərin sayı açıqlandı
Siyasət 16:26 16.08.2024

Azərbaycanda seçicilərin sayı açıqlandı

Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir: "Seçicilərin sayı isə 6 421 073 nəfərdir”.

Məzahir Pənahov bildirib ki, indiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Sədr deyib bildirib ki, parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 321 nəfərdir. MSK sədri diqqətə çatdırıb ki, 46 ölkədən olan beynəlxalq müşahidəçilər 39 qurumu təmsil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->