Xəbər lenti

Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid mümkündürmü? (ŞƏRH)
Ekonomiks 17:36 10.05.2024

Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid mümkündürmü? (ŞƏRH)

"Azərbaycanda aylıq minimum əməkhaqqının ödəniş formasının dəyişməsi ilə bağlı məsələ müzakirə mərhələsindədir".

Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. 

O, bununla bağlı təkliflərin verilməsi, araşdırmaların aparılması ilə bağlı zərurətin olduğunu qeyd edib:

"Bu sistem dünyanın bir çox ölkəsində tətbiq olunur, ixtisassız işçi üçün minimum saatlıq əmək haqqının müəyyən olunması. Bu işçi üçün ona görə yaxşıdır ki, işlədiyi saat üzrə işə götürən konkret əmək haqqı təyin edə bilməz. Məsələn, Avropa ölkələrini götürsək, minimum 11 avro müəyyən olunub. Elə ölkələr var ki, bir qədər daha çoxdur".
 

 
Sahib Məmmədov Azərbaycanda minimum əmək haqqının 345 manat olduğunu vurğulayıb:

"Gələcəkdə bu saatlıqla əvəz oluna bilər. Məsələn, 8 saat iş rejiminə baxsaq, hər saat üçün minimum 3 manat təyin olunsa, hər günə 24 manat edəcək. Bu da 10 iş gününüə 240, 20 iş gününə 480 manat edir. Bu aylıq həddə indikindən yüksək olacaq. Burada İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə bağlı müəyyən hesablamalar aparılmalıdır. Eyni zamanda, qanunvericilik sistemində bir çox məsələlər minimum əmək haqqına bağlıdr. Həmin qanunvericilik aktlarında da dəyişikliklər paket şəkilində hazırlanmalıdır. Bu bir günlük iş deyil. Çoxsaylı qanunvericilik aktları var, onlar dəyişməlidir".

Qeyd edək ki, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->