"İnflyasiya hazırda bütün dünyada gedən prosesdir. Xüsusən də ərzaq qıtlığı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı və pandemiyadan sonrakı dəyər zərrində qırılmalarla bağlı məhsulların çatışmazlığı və yaxud da gec çatdırılması səbəbindən sürətli qiymət artımı var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Azərbaycanda inflyasiyanın əsas səbəblərindən danışarkən deyib. Deputat təkçə ötən il dünya bazarında ərzaqların qiymətinin 30%-dən çox artdığını bildirib:
"Yaxın qonşu ölkələrdə inflyasiyanın səviyyəsinin bir çox hallarda 30-60% olduğunu yəqin ki, görürsünüz. Bu bizim qonşu ölkələrimizdə də müşahidə olunur.
Dünyada gedən proses olduğundan və Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsi olduğundan ondan təsirlənməmək mümkün deyil. Baş verən inflyasının əsas iki mühim səbəbi var:
1. İdxal olunan məhsullar vasitəsi ilə artan qiymətlərin Azərbaycana daxil olması. Bizim idxalımızın təxminən 50%-i istehlak mallarıdır. Xaricdə qiymətlərin artırılmasına görə biz idxal etdiyimiz zaman o məhsulların Azərbaycanda qiymət artımı ilə rastlaşırıq.
2. Pandemiya ilə bağlı hazırda yumşalmalara getdik. Amma iqtisadiyyatın özünə gəlməsi, yəni istahsalı bərpa olunması ilə bağlı müəyyən zaman lazım olacaq. Bu zaman ərzində də daxildə bir çox hallarda təklifin, yəni istehsalın və xidmətin tələbi tam ödəyə bilməməsi, yaxud ayaqlaşa bilməməsi daxildə qiymət artımına gətirib çıxardır”.
Tahir Mirkişili bildirib ki, bütövlükdə, keçən il inflyasiyanın orta illik səviyyəsi 6,7%, amma illik səviyyələr isə bir çox hallarda 12%, bəzən ərzaq məhsullarında 17%-ə qəlib çıxıb:
"İnflyasıyanın cilovlanması üçün bir neçə istiqamətdə iş gedir. Birincisi, cənab Prezidentin tapşırığı ilə hokümət tərəfindən süni qiymət artımı ilə mübarizədir.
İkincisi, onun qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodlarla, bir çox hallarda isə süni əngəllərin aradan qaldırılması, bir çox məhsullar üzrə vergi və rüsumların ləvğ edilməsidir.
Bildiyimiz kimi Azərbaycanda un və çörək məhsullarının qiymətinin qalxmaması üçün onlar vergidən, rüsumdan, ƏDV-dən azad edilib.
Üçüncüsü, bütövlükdə ölkədə ərzaq qıtlığı yaranmaması üçün xaricə ərzaq ixracının tənzimlənməsi dövlətin gördüyü tədbirlərdir.
Dördüncüsü, qiymət artımının qarşısını almaq üçün ən yaxşı yox ölkədə istehsal bolluğu yaratmaq və ədalətli rəqabət mühitini daha da artırmaqdır.
Sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlığa verilən dəstək proqramlarıdır ki, bunlar da dövlət tərəfindən görülür. Rəqabətin pozulmasının qarşısını almaq üçün son zamanlar daha sərt addımlar atılmağa başlayır. Bu kompleks tədbirlər Azərbaycanda inflyasıyanın səviyyəsini digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə saxlamağa imkan verir”.
Bahar Rüstəmli
Şərhlər