"Ümumiyyətlə, qlobal olaraq "yaşıl" investisiyalar daha prioritetdir".
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputat "yaşıl" istiqazların buraxılmasının artıq bəzi ölkələrin təcrübəsində müşahidə olunduğunu bildirib:
"Avropa İnvestisiya Bankının investisiya qoyuluşunun əhəməiyyətli hissəsi "yaşıl” iqtisadiyyata yönəldilib. Bir tərəfdən "yaşıl” iqtisadiyyat, digər tərəfdən innovasiyalar bütövlükdə ətraf mühütün qorunması baxımından daha da prosesləri aktullaşdırır. Ona görə Azərbaycanda da "yaşıl” istiqrazların qorunması bir tərəfdən Azərbaycanın iqlim dəyişikliyi və ətraf mühütin qorunması ilə bağlı qlobal və region öhdəliklərinə töhvəsi, digər tərəfdən isə bu istiqamətdə yalnız ətraf mühütün qorunması üçün inzibati və eyni zamanda texniki tədbirlərdir. Həm də artıq maliyyə alətlərindən istifadə olunması anlamına gəlir".
Vüqar Bayramov hesab edir ki, Azərbaycan "yaşıl” iqtisadiyyatın formaşalmasına, həm də öz maliyə alətləri ilə təsir və töhfə vermək niyyətindədir:
"Ona görə də belə istiqazların buraxılması bütövlükdə kapital bazarının strukturunun yeniləşməsinə və maliyyə sektoruna innovativ yanaşmaların genişlənməsinə imkan yaradacaq".
Bahar Rüstəmli
Şərhlər