Xəbər lenti

Azərbaycan və Özbəkistanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirildi (YENİLƏNİR)
Siyasət 14:30 23.08.2024

Azərbaycan və Özbəkistanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirildi (YENİLƏNİR)

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

13.40
 
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

12.22
 
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

11.38
 
Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzizoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

11.33

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

10.36

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud tərkibdə görüşü başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
10.35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki "Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->