Xəbər lenti

Azərbaycan millisi Albaniya yığmasına uduzdu
İdman 22:56 07.06.2024

Azərbaycan millisi Albaniya yığmasına uduzdu

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.

"Haladas SportKomplexum”dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. 7 dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçücü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 89-cu dəqiqədə Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->