Xəbər lenti

Aydın Orucovun ölüm səbəbi açıqlandı
Sənət 10:20 05.09.2024

Aydın Orucovun ölüm səbəbi açıqlandı

Aydın Əliyev ürək tutmasından dünyasını dəyişib.

Bu barədə Qaynarinfo-ya Xalq artisti Tariyel Qasımov məlumat verib. 

Onun sözlərinə görə, aktyor sentyabrın 4-də, günün birinci yarısına kimi teatrda olub:

"Deyib ki, nəsə özümü pis hiss edirəm. İcazə alıb, evə gedib. Bir az keçəndən sonra halı pisləşib və həyatla vidalaşıb. Teatrın əməkdaşları deyir ki, Aydın Əliyevin heç vaxt səhhəti ilə bağlı şikayət etməyib, heç bir yeri ağramayıb. Ürəyi tutub, onunla da vəfat edib".

Xalq artisti mərhumun bu gün Qazax rayonunda dəfn olunacağını bildirib.

Qeyd edək ki, Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Orucov 61 yaşında qəflətən dünyasını dəyişib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->