Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat xidmətindən bildirilib. O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu müəyyən edilib.
F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.
Şərhlər