Xəbər lenti

Avstriya Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesini sürətləndirməyi təkid edir
Dünya 16:32 05.12.2023

Avstriya Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesini sürətləndirməyi təkid edir

Avstriya Avropa İttigaqını regionun sabitliyini və xarici təsirlərdən qorunmasını təmin etmək üçün Qərbi Balkan ölkələrinin, xüsusən də Bosniya və Herseqovinanın üzvlük prosesini sürətləndirməyə çağırıb.

Qaynarinfo "Euractiv”ə istinadən xəbər verir ki, bu barədə Avstriyanın müdafiə naziri Klaudiya Tanner Bosniya və Herseqovina səfəri zamanı bildirib.

Keçən ay Avropa Komissiyası Bosniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağı tövsiyə edib. Bununla belə, Avstriya danışıqların dərhal başlamalı olduğunu təkid edir.

"Digər mümkün üzvlüklərdən danışmazdan əvvəl Qərbi Balkan ölkələri ilə üzvlük danışıqlarını sürətləndirmək mənim üçün aydın prioritetdir”, avstriyalı nazir bildirib.

Onun sözlərinə görə, Avropa dünyadakı bütün böhranlar içərisində yaxın qonşularını gözdən qaçırmamalıdır.

"Qərbi Balkanlar, xüsusən də Bosniya və Herseqovina regionda sabitliyin, regional əməkdaşlığın və Avropaya inteqrasiyanın daha da inkişaf etdirilməsi məsələsində Avstriya üçün mühüm tərəfdaşdır”, deyə nazir əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->