Xəbər lenti

Şarl Mişel gürcü xalqına müraciət etdi
Siyasət 22:02 15.12.2023

Şarl Mişel gürcü xalqına müraciət etdi

"Gürcü xalqına mesajım budur: gəlin hamımız birlikdə tez işləyək, lazımi addımları ataq, lazımi islahatları aparaq"

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel mətbuat konfransında bildirib.

Şarl Mişelin sözlərinə görə, Gürcüstana namizəd statusunun verilməsi qərarı onun üçün ən emosional məqamlardan biri olaraq qalacaq.

"Dünən gecə biz qərar qəbul etdikdən sonra çox keçmədən prezident Zelenski, prezident Sandus, prezident Zurabişvili və baş nazir Qaribaşvili ilə telefon danışığım oldu.
Şəxsən mənim üçün bu, yəqin ki, ən emosional anlardan biri olaraq qalacaq, çünki o anda masa arxasında oturan həmkarlarıma deyirdim ki, biz bunu etdik, bu addımı atdıq, perspektiv açırıq ki, bu da fundamentaldır, çünki  yaxın illərdə, yaxın onilliklərdə Avropa Birliyinin simasını dəyişəcək, həm də bu ölkələri dəyişəcək. Ona görə də birinci mesaj gürcü xalqına budur - təbrik edirik, bu qərarı qəbul etdiyimiz üçün şadıq... və ikinci mesaj: gəlin hamımız birlikdə tez işləyək, lazımi addımları ataq və lazımi islahatları aparaq”- Şuranın Sədri bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->