Xəbər lenti

Şarl Mişel bel ağrısını əsas gətirərək AP deputatları ilə görüşdən yayınır
Dünya 16:39 16.01.2024

Şarl Mişel bel ağrısını əsas gətirərək AP deputatları ilə görüşdən yayınır

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu həftə Avropa Parlamentində planlaşdırılan müzakirələri buraxacaq. Onun burada istefa qərarı ilə bağlı sərt suallarla üzləşəcəyi gözlənilirdi. Lakin "bel ağrısı"nı əsas gətirərək müzakirələrdən yayınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.

Şarl Mişelin nümayəndəsinin nəşrə verdiyi məlumata görə, o, bel ağrılarına görə Avropa Parlamentinin deputatları ilə görüşdə iştirak etməyəcək.

"Həkinin göstərişi ilə Avropa İttifaqı Şurasının rəhbəri hərəkətlərini məhdudlaşdırmalıdır", deyən mənbə Şarl Mişelin fevralın əvvəlində parlamentdə çıxış edəcəyini qeyd edib.

Əvvəllər bildirilmişdi ki, Avropa İttifaqı diplomatları Şarl Mişelin tutduğu vəzifəni tezliklə tərk etmək və Avropa Parlamentinin üzvü olmaq planlarından narazıdır. Bu səbəbdən Şarl Mişel rəsmilərin mənfi reaksiyası ilə üzləşir.

Qəzet qeyd edir ki, Avropa iki böyük silahlı münaqişə ilə mübarizə apararkən, Şarl Mişelin Aİ-nin ən mühüm vəzifələrindən birini tərk etməsi 48 yaşlı belçikalının gələcək perspektivləri ilə bağlı daha çox narahat olduğuna işarə kimi qəbul edilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->