Xəbər lenti

Aparat rəhbəri işdən çıxdı, Prezident Administrasiyasında vəzifəyə təyin olundu
Ölkə 14:44 24.07.2024

Aparat rəhbəri işdən çıxdı, Prezident Administrasiyasında vəzifəyə təyin olundu

Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, o, yeni işə keçməsi ilə əlaqədar Kollegiyanın Baş katibi vəzifəsindən ayrılıb.

B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.

Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının Baş katibi (aparat rəhbəri) vəzifəsində çalışırdı.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->