Xəbər lenti

AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak etdi (FOTO)
Foto 10:33 20.08.2024

AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak etdi (FOTO)

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkada Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

Qaynarinfo AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb.

İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->