Xəbər lenti

Almaniya və Danimarka sərhədləri təkcə qurudan deyil, sudan da birləşdirir (VİDEO)
Dünya 19:30 29.06.2024

Almaniya və Danimarka sərhədləri təkcə qurudan deyil, sudan da birləşdirir (VİDEO)

Danimarka və Almaniya 2029-cu ilə qədər Baltik dənizinin altında Danimarkanın Rodbi şəhərini Putqarten alman icması ilə birləşdirəcək dənizaltı tunel inşa edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Naked Science" məlumat yayıb.

"Səyahətçilər Fehmarnbelt tunelini keçmək üçün ya yeddi dəqiqəlik qatarla, ya da 10 dəqiqəlik avtomobillə getməli olacaqlar. Bu gün bərə ilə bu su maneəsini dəf etmək 45 dəqiqə çəkir", deyə nəşr yazıb.

Ehtimal olunur ki, bu tunel daxili eninə görə Qərbi Avropada ən böyük tunel olacaq və onun istismar müddəti ən azı 120 il təşkil edəcək. Tunel suyun altında orta hesabla 40 metr dərinlikdə quraşdırılacaq.

Aydın
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->