Xəbər lenti

Almaniya miqrasiya və İslam ekstremizmi təhlükəsinə görə sərhəd nəzarəti tətbiq edir
Dünya 14:23 10.09.2024

Almaniya miqrasiya və İslam ekstremizmi təhlükəsinə görə sərhəd nəzarəti tətbiq edir

Almaniya hökuməti qeyri-qanuni miqrasiyanın qarşısını almaq və əhalini islam ekstremizmindən qorumaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq etdiyini elan edib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Sərhəd nəzarəti sentyabrın 16-da başlayacaq və altı ay davam edəcək. Bu, Almaniyanın xüsusilə Yaxın Şərqdə müharibədən və yoxsulluqdan qaçan insanların sayının artmasından sonra qeyri-qanuni miqrasiya ilə bağlı mövqeyini gücləndirmək üçün gördüyü bir sıra tədbirlərin bir hissəsidir.

"Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt xəttimizi davam etdiririk", deyə Almaniyanın daxili işlər naziri Nensi Faser bildirib.

Agentlik qeyd edir ki, Almaniyanın Danimarka, Niderland, Belçika, Lüksemburq, Fransa, İsveçrə, Avstriya, Çexiya və Polşa ilə 3700 km-dən çox quru sərhədi var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->