Xəbər lenti

Alman məhbuslar Estoniya həbsxanalarına köçürülə bilər
Dünya 23:00 29.08.2024

Alman məhbuslar Estoniya həbsxanalarına köçürülə bilər

Estoniyanın ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa-Li Pakosta bildirib ki, Tallin həbsxana yerlərini icarəyə verə bilər, çünki onların sayı həddindən artıq çoxdur. 

Qaynarinfo xəbər verir ki, nazir bu barədə ERR TV-yə danışıb.

"Avropa İttifaqında cinayətin ən az artdığı cəmi dörd ölkə var. Xoşbəxtlikdən Estoniya indi onlardan biridir", deyə rəsmi bildirib. 

Onun sözlərinə görə, icarədən əldə edilən gəlir Rusiyanı cilovlamaq üçün lazım olan hərbi ehtiyaclara sərf oluna bilər.

Artıq Avropada belə bir presedent var: 2015-ci ildə Norveç 242 məhbusu Niderlanddakı ciddi rejimli həbsxanaya göndərib. Koloniya norveçlilər tərəfindən idarə olunur və işçilər yerli sakinlərdir. İcarə haqqı illik 22 milyon avroya başa gəlir.

Almaniya Həbsxana Məmurları Assosiasiyasının rəhbəri Rene Müller bəzi bölgələrdə həbsxanaların həddindən artıq sıx olduğunu təsdiqləyib. Kameraların bəziləri daim təmirdə olduğundan, bəzi məhbusları digərlərindən ayırmaq lazım olduğundan, doluluq 80%-ə çatır ki, bu da əslində 100% deməkdir. 

Müller məhbusların Estoniyaya köçürülməsinə razı deyil, çünki orada onların islahına və cəmiyyətə qaytarılmasına zəmanət verilməyəcək. Onun fikrincə, xaricə köçürlmə cəzadan başqa bir şey demək deyil.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->