Xəbər lenti

Alimpaşa Məmmədova hökm çıxaran hakim Bakıya göndərildi
Ölkə 11:52 07.08.2024

Alimpaşa Məmmədova hökm çıxaran hakim Bakıya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib.

Belə ki, Bakı Ağır Cinayətlər məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstməov Ə.Quliyevin olduğu tərkibə daxil edilib.

Binəqədidə mebel sexində baş verən yanğına görə ittiham olunan Tağı İbrahimov və Toğrul Rzayevin işinə Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elmin Rüstəmov ictimayətin diqqət mərkəzində olan bir sıra cinayət işlərini araşdırı. Onların arasında Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işi də var. Onun çıxardığı hökmə əsasən A.Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->