Xəbər lenti

Ali məktəblərdə təhsil alan tələbələrin yarıdan çoxu qızlardır - Gender bərabərliyi pozulur (VİDEO)
Ölkə 12:02 18.02.2024

Ali məktəblərdə təhsil alan tələbələrin yarıdan çoxu qızlardır - Gender bərabərliyi pozulur (VİDEO)

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin yarıdan çox qızlardır. Onlar daha çox pedaqoji ixtisaslara üstünlük verirlər. Xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi ilə bağlı ixtisaslarda isə oğlanların sayı çoxdur. Ekspertlərin fikrincə, bu vəziyyət universitetlərdə və ixtisaslarda gender balansının pozulmasına gətirib çıxarır.

Oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Bu isə peşə seçimində gender balansının pozulmasına səbəb olur.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, ölkə üzrə 51 ali təhsil müəssisəsində təhsil alan 187 min tələbənin 110 minə qədəri qızlardır.

Elə ali təhsil müəssisələri var ki, orada tələbə qızlara çox az halda rast gəlmək olur. Məsələn, Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasında oğlan tələbələr daha çoxdur.

Ekspertin sözlərinə görə, bu məsələdə balansı tənzimləmək üçün xüsusi təyinatlı təhsil müəssisələrinin qabiliyyət imtahanlarında qızlara güzəştlər olmalıdır.

Ekspert deyir ki, pedaqogika və tibb sahələrinə qızların daha çox meyl göstərmələri, oğlanların isə "qeyri-kişi" peşələri kimi qəbul etmələri gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozula biləcəyindən xəbər verir. Buna görə də Elm və Təhsil Nazirliyi balansı qorumaq və oğlanların bu sahələrə marağını artırmaq üçün təşviqedici layihələr hazırlamalıdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->