Martın 3-də Dövlət İmtahan Mərkəzinin Ağdərə rayonu Talış kənd tam orta məktəbində keçirdiyi buraxılış imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən Qaynarinfo-ya bildirilib ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır. İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 1 bina nümayəndəsi cəlb olunub. Bir şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11:00-da başlayıb və 3 saat davam edib.
Xatırladaq ki, martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Respublikanın 30 şəhər və rayonunda təşkil olunan imtahanda ümumilikdə 52 min 267 şagirdin iştirakı nəzərdə tutulub.
Şərhlər