Xəbər lenti

Abbas Abbasovun uzun illər sonra görüntüsü yayıldı (FOTO)
Ölkə 11:02 12.10.2023

Abbas Abbasovun uzun illər sonra görüntüsü yayıldı (FOTO)

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun illər sonra görüntüsü yayılıb. 

Qaynarinfo xəbər verir ki, onun fotosunu oğlu Aydın Abbasov paylaşıb. 

Aydın Abbasov paylaşıma bu sözləri yazıb: "Çox nadir hallarda bu dərəcədə hüzurlu alınır və bir tənqidə yer qalmır. Saqqal Abbas baba üçün ağrılı yerdir. Bu dəfə tənqidsiz ötüşdü. Yaxını sevmək və eyni zamanda tənqid etmək müştərək rəsmə çevrilir. Sizi çox sevirəm!".

Qeyd edək ki, 74 yaşlı Abbas Abbasov 1992-2006-cı illərdə Baş nazirin birinci müavini vəzifəsində işləyib. Onun oğlu Aydın Abbasov isə 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. 

Bahar Rüstəmli
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->