Xəbər lenti

ABŞ Trampın andiçməsinə qədər Ukraynaya 7,1 milyardlıq hərbi yardım göstərəcək
Dünya 10:02 15.11.2024

ABŞ Trampın andiçməsinə qədər Ukraynaya 7,1 milyardlıq hərbi yardım göstərəcək

Prezident Co Baydenin səlahiyyət müddəti başa çatana qədər ABŞ Pentaqonun anbarlarından Ukraynaya 7,1 milyard dollarlıq hərbi yardım göstərməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun saytında bildirilir.

Pentaqonun sözçüsünün müavini Sabrina Sinq qeyd edib ki, Bayden administrasiyası bu vədi həyata keçirmək üçün fəal işləyir və demək olar hər həftə Ukraynaya göndəriləcək böyük yardım paketləri hazırlayır.

O, həmçinin vurğulayıb ki, prezident ABŞ silahlı qüvvələrinin döyüş hazırlığını saxlamaqla, Ukraynanı lazımi resurslarla təmin etmək üçün Konqresin verdiyi bütün imkanlardan istifadə etmək niyyətindədir.

Sinq əlavə edib ki, Pentaqon Ukraynaya dəstək verməklə yanaşı, yüksək səviyyədə hazırlığı saxlamaq üçün ehtiyatlarını artırmağa davam edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->