Xəbər lenti

ABŞ SEPAH və İran MN-lə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edəcək
Dünya 13:31 17.04.2024

ABŞ SEPAH və İran MN-lə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edəcək

İranın İsrailə qarşı "görünməmiş" hava hücumundan sonra ABŞ hakimiyyəti ölkənin raket və PUA proqramları, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Müdafiə Nazirliyi ilə əlaqəli strukturlar da daxil olmaqla sanksiyaları genişləndirmək üzərində işləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyanat verib.

Ağ Evin saytında dərc olunan bəyanatda deyilir: "Bu yeni sanksiyalar və digər tədbirlər İranın hərbi imkanlarını və effektivliyini məhdudlaşdırmaq və azaltmaq və onun problemli davranışının bütün spektrinə qarşı çıxmaq üçün davamlı təzyiq göstərməyə davam edəcək".

ABŞ prezidenti Co Bayden digər tədbirlərlə bağlı müttəfiqlərlə, o cümlədən G7 ölkələri ilə məsləhətləşmələr aparır. Ağ Evin gözlədiyi kimi, ABŞ tərəfdaşları da İrana qarşı da sanksiyalar tətbiq edəcək. Bu arada ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yaradılması üzərində işləyir.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran yüzlərlə pilotsuz uçuş aparatı və raketlə İsrail ərazisinə hücum edib. Zərbə aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq həyata keçirilib. Raket və PUA hücumunun qarşısını almaq üçün ABŞ, Böyük Britaniya və Fransa qüvvələri İsrailin köməyinə gəlib. 

İrana hücumdan sonra ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar İrana sanksiya tətbiq etmək üçün ondan çox qanun layihəsi təqdim ediblər. Nümayəndələr Palatası İranla ticarət edən Çin şirkətlərinə sanksiya tətbiq edən qanun layihəsini artıq təsdiqləyib. Qanun layihəsi bu həftə Senatda nəzərdən keçirilməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->