Xəbər lenti

80 yaşlı qadın milli gözəllik yarışmasının finalına yüksəldi (FOTO/VİDEO)
Maqazin 20:33 01.10.2024

80 yaşlı qadın milli gözəllik yarışmasının finalına yüksəldi (FOTO/VİDEO)

Cənubi Koreyada 80 yaşlı qadın milli gözəllik müsabiqəsinin finalına çıxıb.

Qaynarinfo bu barədə "Oddity Central"a istinadən xəbər verir.

Cənubi Koreyadan olan Çoi Sun Hva 80 yaşında milli gözəllik müsabiqəsinin finalçısı olub. Təqaüdçü qadın deyib ki, ilkin olaraq ərizə verməyi planlaşdırmayıb, lakin təşkilatçılar iştirak qaydalarını dəyişdikdən sonra o, bu fürsətdən yararlanmağa qərar verib. Üstəlik, qadının artıq podiumda gəzmək təcrübəsi var - koreyalı uzun müddətdir ki, modellik biznesi ilə məşğuldur.

"Özümə dedim ki, qəbul olunub-olunmamağımdan asılı olmayaraq cəhd etməliyəm", deyə Çoi Sun Hva bildirib.

Qadın model kimi fəaliyyətə 72 yaşında tibb bacısı işlədiyi xəstəxanada pasiyentlərindən birinin özünü bu sahədə sınamağı təklif etməsi ilə başladığını xatırladır. Əvvəlcə buna razı olmayıb, lakin sonra uşaqlıq arzusunu gerçəkləşdirməyə qərar verib. Koreyalı qadın modellik kurslarına qatılıb və Seul Moda Həftəsində debüt edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->