Rumıniyalı pianoçu 30 saniyə ərzində düymələrə 500 dəfə basaraq rekorda imza atıb.
Qaynarinfo bu barədə Upi.com-a istinadən xəbər verir.
Belə ki, rumıniyalı konsert pianoçusu Turzo Zoltan 30 saniyə ərzində düymələrə 500 dəfə basaraq qeyri-rəsmi dünya rekordu qırıb. Nailiyyət oktyabrın sonunda doğma Bihariya kəndində anasının xatirəsinə konsert verərkən əldə olunub. İndi onun nailiyyəti Ginnesin Rekordlar Kitabı komissiyası tərəfindən tanınmalıdır.
Nailiyyətin videoyazısı Ginnesin Rekordlar Kitabı komissiyasına təhvil verilib. Əvvəlki rekord yapon musiqiçisi Keita Hattoriyə məxsus idi və o, yarım dəqiqə ərzində düymələrə 495 dəfə basıb.
Zoltan artıq altı kilometr hündürlükdə pianoda ifa etmək və ən uzun pianoda ifa marafonunu - 130 saat olmaqla bir neçə dünya rekordu vurub.
Aydın
Şərhlər