Xəbər lenti

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama
Ekonomiks 18:00 02.05.2024

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

1 iyul tarixinədən taksi fəaliyyəti üçün icazə alanlar bir sıra üstünlüklərə malik olacaqlar.

Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Artıq 1 aydır ki, yaşı 15 ili keçməyən nəqliyyat vasitəsi olan hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan "AYNA” informasiya sisteminin "Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.

"Bu zaman nəqliyyat vasitəsinə "avro-5” standartı tələbi tətbiq olunmur.

Qeyd edək ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər bu fürsəti dəyərləndirib 1 iyul 2024-cü il tarixinə kimi https://e-xidmet.ayna.gov.az/ portalına daxil olub icazə üçün müraciət etməlidirlər. Bu tarixdən sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər.

Məsələn, 11 il istehsal müddəti olan avtomobillə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti 4 il taksi fəaliyyəti göstərmək mümkün olacaq", - AYNA-dan bildirilib.

Həmçinin qeyd olunub ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır:

"Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->