Xəbər lenti

Yunis Hüseynov: “57 yaşımda meydana çıxıb oynamaq istədim”
İdman 14:40 12.08.2022

Yunis Hüseynov: “57 yaşımda meydana çıxıb oynamaq istədim”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov sabiq komandası "Neftçi”nin "Rapid”lə matçı haqda fikirlərini bölüşüb.

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında komandanın məğlubiyyətinin səbəblərini belə izah edib:

"Bakıdakı oyunda 2:1 hesabı ilə qalib gəlib yaxşı əhval-ruhiyyə ilə getmişdilər. Oyundan əvvəl bildirmişdim ki, 2:1 o qədər də yaxşı hesab deyil. "Rapid” elə Bakıdakı oyunda da üstün göründü. "Neftçi” individual şəkildə yaxşı oynayan futbolçuların sayəsində burada qələbə qazanmışdı. 95-ci dəqiqədə buraxılan qol isə rəqibə xeyir etdi. "Neftçi”nin Avstriyada əks-hücumlarda qol imkanları olurdu. "Rapid” boşluqlar verirdi. Əfsuslar olsun ki, o boşluqlardan "Neftçi” istifadə edə bilmədi. Təkbətək qol vəziyyətlərindən də istifadə edə bilmədilər. Təcrübəsizlik oldu, ya nədisə bilmədim. Belə görünürdü ki, "Rapid” evdə oynaığı üçün "Neftçi”ni həm psixoloji, həm fiziki, həm də oyun baxımından üstələyir. Komandada qalib ruhu hiss etmədim. Hiss olunurdu ki, "Neftçi” Avstriyaya hesabı qorumaq üçün gedib. Yalnız qol buraxandan sonra fikirləşdilər ki, hücuma atılsınlar”.

Hüseynov komandanın qələbə şansınının az olmadığını dedi:

"Mahmudovun zərbəsindən sonra top qapı dirəyinə dəyib meydandan çıxdı. Rəqibin də oxşar qol vəziyyətləri oldu. Bu imkanlardan istifadə etmək lazımdır. İndividual şəkildə oynayan futbolçuların hesabına nəsə etmək olardı. Amma kollektiv oyun görmədim. Qapıçı ilə təkbətək qalan Sayef imkanından yararlana bilmədi. Təkcə hesabı qorumaq üçün oynamaq düzgün deyil. Çünki oyun zamanı ən zəif komandanın belə heç olmasa bir qol imkanı olur. "Neftçi”nin imkanları çox idi”.

Müəxəssis yeni baş məşqçinin komandadakı işinə də münasibətini bildirdi:

"Yeni baş məşqçi ilə əlaqədar indi nəsə deməyim düz olmaz. Çünki yalnız Konfrans Liqasında və "Şamaxı” ilə oyunlarını görmüşük. Azərbaycan çempionatında əsas heyət oynamamışdı. "Aris”lə matçda çox pis vəziyyətdə oynamışdılar və 0:2 uduzmuşdular. Sizi inandırım, onlar üçüncü qolu vursaydılar, "Neftçi” növbəti mərhələyə keçə bilməyəcəkdi. Bakıda kipr komandasını məğlub etməyin 1 nömrəli səbəbkarı isə azarkeşlər oldu. Azarkeşlər komandaya o qədər yaxşı dəstək verdilər ki, 57 yaşımda mən də meydana çıxıb oynamaq istədim (gülür). Onların çox böyük rolu oldu. Uzağa getməyək, hesab 0:0 olanda "Aris”in çox imkanı oldu, vura bilmədilər. "Neftçi”də isə alındı. Qapıya vurduqları zərbələr qol oldu. Hələ ki, komandada individual şəkildə nəsə görmüşəm. Kollektiv oyun göstərmədilər. Baş məşqçinin işini Azərbaycan çempionatında görəcəyik”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->