Xəbər lenti

Yol ayrıcında qalan İran: Tehran Moskva ilə niyə yaxınlaşır? (ŞƏRH)
Dünya 20:32 01.10.2024

Yol ayrıcında qalan İran: Tehran Moskva ilə niyə yaxınlaşır? (ŞƏRH)

"İranın birinci vitse-prezidentinin Avrasiya İqtisadi İttifaqının görüşündə iştirakı Tehranın iqtisadi və geosiyasi blokadadan çıxması cəhdidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Ekspert vurğulayıb ki, İran bu kimi addımlarla Qərb ölkələrinin təzyiqlərindən qurtulmaq istəyir:

"Tehran yol ayrıcında qalıb. Bilmir ki, Qərb ölkələrilə konfrantasiyaya getsin, yoxsa Rusiyanın hegemon olduğu ittifaqlara meyl etsin. Düzdür, son dövrlər Tehranın Moskva ilə münasibətlərində də müəyyən gərginlik hiss olunur. Ona görə hesab edirəm ki, İranın vitse-prezidentinin İrəvanda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirlərilə görüşündə əsas məqsəd Tehranın iqtisadi və geosiyasi blokadadan çıxması üçün edilən cəhddir. Görünür, İran Qərbin sanksiya və təzyiqindən uzaqlaşmaq üçün Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın daha da genişlənməsi istiqamətini tutub. Bu da İranın özünün daxili siyasətindən irəli gələn məsələdir. Artıq İsraillə münasibəti həddən artıq gərginləşib. İstənilən zaman İran-İsrail müharibəsi baş verə bilər".
 


Həmsöhbətimizə görə, yaranmış vəziyyətdə istənilən zaman İranın hətta Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsi də gündəmə gələ bilər:

"İran özü də Avrasiya qitəsinin kontinentinin bir üzvüdür. Aİİ-ə yə üzv ölkələrlə münasibətləri də normaldır. İran mövcud durumda müəyyən bir qrupa qoşulmaq istəyir. Onun üçün də ən yaxşısı Aİİ-dir”. 

Qeyd edək ki, İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref Ermənistan baş naziri Nikol Paşinyanın dəvəti ilə bu ölkəyə səfər edib. Bildirildiyinə görə, bir günlük səfər çərçivəsində Məhəmməd Reza Arefin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş  nazirləri ilə görüşüb danışıqlar aparacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->