Xəbər lenti

Yeni Zelandiyada alpinist 600 metr yüksəklikdən yıxıldı, yüngül xəsarət aldı
Dünya 19:53 12.09.2023

Yeni Zelandiyada alpinist 600 metr yüksəklikdən yıxıldı, yüngül xəsarət aldı

Yeni Zelandiyada Taranaki dağından yıxılaraq yamacdan təxminən 600 metr aşağı düşən alpinist yüngül xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır https://www.bbc.com/russian/articles/cw08kj585g8o 

Yerli polisin məlumatına görə, "möcüzəli” sağqalmaya yazda (hazırda Cənub yarımkürəsində yaz fəslidir) dağın yamaclarında qarın əriməsilə yıxılmanın yumşaldılması kömək edib, amma buna baxmayaraq, alpinist istənilən halda sağ qalmaqla son dərəcə şanslı olub. 

Alpinist 9 sentyabr şənbə günü yerli vaxtla günorta radələrində qrupun tərkibində sönmüş vulkan olan Taranaki dağının zirvəsinə çatıb. O sürüşüb, yuvarlanıb və qrupun digər üzvlərinin gözündən itib. 

Yıxıldığını görən qrup yoldaşlarından biri yıxılan adama kömək etmək üçün aşağı enməyə başlayıb.

Həmin gün yerli dağ xilasedicilərindən biri dağa çıxıb və axtarışlara qoşulub.

Yeni Zelandiya Dağ Turizmi Təhlükəsizliyi Şurasının məlumatına görə, Taranaki ölkənin ən təhlükəli dağlarından biri hesab olunur.

Taranaki Yeni Zelandiyanın iki əsas adasından biri olan Şimal adasının qərb sahilində təcrid olunmuş sönmüş vulkandır.

2021-ci ildə iki alpinist eyni zirvədən yıxılaraq ölüb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->