Xəbər lenti

Yelo Bank
Foto 16:20 06.08.2024

Yelo Bank "Parlaq İmzalar" nəşriyyatı ilə yeni layihəyə start verdi atdı

Yelo Bank innovativ və düşünülmüş layihələri ilə müştəri məmnuniyyətini artırmağa davam edir. Bu təşəbbüsün davamı kimi "Parlaq İmzalar" nəşriyyatı ilə birlikdə əməkdaşlıq layihəsi həyata keçirib. Artıq Bankın yeni konseptli xidmət mərkəzlərində növbə gözləyərkən kitab oxuya bilərsiniz. Layihənin əsas məqsədi müştərilər üçün filiallarda qonaqpərvər mühit yaratmaq və onların vaxtını mütaliə ilə səmərəli dəyərləndirməyə həvəsləndirməkdir.

Bu əməkdaşlıq çərçivəsində Bankın dəstəyi ilə "Parlaq İmzalar" nəşriyyatı tərəfindən Cek Londonun "Həyat Eşqi”, Frans Kafkanın "Atama məktub”, Ştefan Svayqın "Şahmat”, Anton Çexovun "Qılaflı adam” kimi əsərləri çap olunub. "Yoldaş” seriyasına aid olan bu kitabların əsas özəlliyi dünya ədəbiyyatının qısa və mükəmməl əsərlərindən ibarət olmasıdır. Gələcəkdə əməkdaşlığın davamı kimi bir sıra yeni kitablar orijinal dillərdən tərcümə əsasında nəşr ediləcək.

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/ipoteka-krediti/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->