Gənclərin aktiv dəstəkçisi Yelo Bank növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bankın və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə "Karyerada Biz" forumu keçirilib.
300-dən çox gəncin iştirakı ilə reallaşan forumda Yelo Bank-ın, gənclər təşkilatlarının və müxtəlif qurumların info-stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər. Gənclər həmçinin, Yelo Bank-ın baş ofis binasının şəraiti və interyeri ilə tanış oldular.
Tədbirin rəsmi hissəsində öz ilhamlandıran karyera hekayələri ilə spikerlər çıxış edib, gənclərə dəyərli tövsiyələrini verdilər. Spikerlərdən biri kimi Yelo Bank-ın İşəqəbul şöbəsinin meneceri Aygün Məhərroma-Kazımova öz faydalı təqdimatı ilə iştirakçıların marağına səbəb olub. Təqdimatda o, uğurlu müsahibə üçün ipucuları, düzgün və əhatəli CV-nin hazırlanma qaydaları ilə bağlı real nümunələr əsasında biliklərini bölüşdü. Çıxışının sonunda təşkil olunan "mock interview” sayəsində iştirakçılar iş müsahibələrində tez-tez buraxılan səhvlər və STAR metodikası ilə tanış ola bildilər. Tədbirin sonunda bütün iştirakçılar sertifikatla təltif olundular.
Xatırladaq ki, Bank bundan qabaq "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "KaryeramIZ” forumuna da ev sahibliyi etmişdi. Yelo Bank Korporativ Sosial Məsuliyyət layihələrini ərsəyə gətirərkən gənclərin fərdi inkişafı və işgüzarlıq qabiliyyətinin artırılmasına xüsusi diqqət edir. İl sonunadək Bankın təşəbbüsü ilə cəmiyyətimizə daha çox fayda verəcək digər layihələrin də həyata keçirilməsini planlaşdırır.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər