Xəbər lenti

Xalq artistinin vəziyyəti pisləşdi
Sənət 11:25 07.09.2022

Xalq artistinin vəziyyəti pisləşdi

Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib.

Bunu Qaynarinfo-ya açıqlamasında aktyorun qızı Aytən Həsənova deyib. Qızı aktyorun yenidən müayinə olunacağını vurğulayıb:
 
"Zəifdir, yaxşı deyil, iştahı yox, halsızdır, başını qaldıra bilmir. Şükür ki, ciyərləri təmizdir. Başı müayinə olunmalıdır. Ümumilikdə, atam heç yaxşı deyil”.
 
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun səhhətində problem yaranıb. Müayinələrdən sonra onun koronavirusa yoluxduğu bildirilib.

Bahar Rüstəmli    

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->